Moskvada İlham-Əliyev-Putin-Paşinyan görüşü öncəsi SON VƏZİYYƏT

2023/05/64660-1684486595.jpg
Oxunub: 1013     14:38     19 May 2023    
Mayın 25-də Moskvada İlham-Əliyev-Putin-Paşinyan görüşü gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan mayın 18-də hökumətin iclasında bu barədə danışaraq bildirib ki, erməni tərəfi Rusiyanın belə yüksək səviyyəli görüşün keçirilməsi təklifini bəyənib.

Məlum olduğu kimi, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi gözlənilir. Mayın 25-də Moskvada keçiriləcək mümkün görüş, əslində, iyunun 1-də Kişinyovda gözlənilən beştərəfli görüşdən əvvəl olacaq: Mişel-Əliyev-Makron-Şolts-Paşinyan. Bu intensiv görüşlərdə müəyyən irəliləyişlər və razılaşmalar barədə anonslar verilir. Lakin hər zaman sual yaranır ki, vasitəçi aktorlar bir-biri ilə az qala müharibə vəziyyətindədirlərsə, belə bir real mənzərə nə dərəcədə mümkündür.

Kremlin sözçüsü Peskov da Vaşinqtonda keçiriləcək 4 günlük görüşdən əvvəl bəyan edib ki, nizamlanmanın yeganə hüquqi əsası 10 noyabr və ondan sonrakı üçtərəfli bəyanatlardır, digər təşəbbüslər kömək və ya mane ola bilər və Vaşinqtonun təşəbbüsünün dəstəklənəcəyinə ümid etdiyini bildirib. Hər şey Peskovun açıqladığı kimidir, ya yox? Bu suala cavab vermək çətindir. Lakin diqqət və qeyd etmək yerinə düşər ki, Vaşinqtondakı görüşlər başa çatdıqdan dərhal sonra, mayın 5-də Moskvada ABŞ-ın Rusiyadakı səfiri ilə Ermənistanın Rusiyadakı səfirinin görüşü baş tutub. Bu isə prosesdə erməni tərəfinin Rusiya tərəfi ilə müəyyən bir əlaqə kanalı yaratması deməkdir.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Lavrov ötən gün dərc olunan müsahibəsində sözün əsl mənasında deyir ki, ABŞ Ermənistana 102-ci bazanı, rus sərhədçiləri çıxarmağı təklif edir. Bu bəyanat mümkün dəstəyin məntiqinə nə dərəcədə uyğun gəlir? Heç bir şəkildə uyğun gəlmir. Bununla belə, ictimai bəyanatların mövcud siyasi görüntü və məzmunu, proseslərin real və tam məntiqini tam əks etdirdiyini düşünmək sadəlövhlükdür.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Görüş  


Bizi "telegram"da izləyin