Şərqi Aralıq dənizinin donanmaları arasında (Türkiyə, Yunanıstan, Misir, İsrail, Suriya, Kipr, Şimali Kipr, Livan, İordaniya, Fələstin) yalnız üç ölkənin (Türkiyə, Yunanıstan və Misir) inventarında “freqat” kimi təsnif edilən gəmilər var.
İsrail və Suriya donanmalarında yüksək tonajlı gəmilər olsa da, bu gəmilər hücum kateri, raket kateri və ya korvet kimi təsnif edilir.
Misir:
Misir Hərbi Dəniz Qüvvələrində 5 sinifdən ümumilikdə 10 freqat var. Freqatların orta yaşı 28-dir. Misir freqat inventarının təkmilləşdirilməsi üçün üzünü ABŞ-dan Avropaya çevirib. 2013-cü ildən sonra başlayan nəhəng silahlanma proqramında getdikcə köhnəlməkdə olan ABŞ istehsalı ikinci əl freqatları mümkün qədər tez əvəz etmək üçün İtaliya və Fransa Hərbi Dəniz Qüvvələri üçün istehsal edilən gəmiləri alıb. Beləliklə, Misir demək olar ki, gözləmədən 3 freqatın sahibi olub. Bu freqatlar Misir donanmasını çox gücləndirib. Misir xaricdən hazır gəmilər alaraq öz sənayesi üçün qazanc əldə etməyə çalışır. Bu səbəbdən 3-ü Almaniya istehsalı olan “Al-Aziz” sinfinə məxsus freqatların dördüncüsü Misirdə istehsal olunur.
Misir Hərbi Dəniz Qüvvələrinin mövcud freqat inventarı
“Knox” sinfinə məxsus freqatlar:
(F-961) “Damiyat” (27 iyul 1994-cü ildə istismara verilib)
(F-966) “Rasheed” (28 iyun 1994-cü ildə istismara verilib)
“Knox” sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:
- Uzunluq: 134 metr
- En: 14,25 metr
- Suya oturma dərəcəsi: 7,57 metr
- Subasımı: tam yüklü 4,200 ton
- Mühərrik: 2 ədəd “CE 1200psi” buxar mühərriki, 1 ədəd “Westinghouse” dişli turbin mühərriki
- Ekipaj: 267
- Silah Sistemləri: 1 ədəd “Mk-16” 8 mərmi tutumuna malik ASROC və “Harpoon” raket buraxılış qurğusu, 1 ədəd 127 mm “Mk-42” topu, 1 ədəd 20 mm “Phalanx” CIWS
- Mənzil: 20 düyünlə 4500 dəniz mili
- Sürət: 27 düyün (50 km/saat)
Misir Hərbi Dəniz Qüvvələrində 2 ədəd olan “Knox” sinfinə məxsus freqatların orta yaşı (ABŞ qonanmasında missiyaya başladığı vaxtdan) 50-dir. Gəmilər üçün heç bir modernləşdirmə proqramı nəzərdə tutulmur. “Al-Aziz” sinfinə məxsus freqatların təhvil verilməsindən sonra inventardan çıxarılması planlaşdırılır.
“Oliver Hazard Perry” (“Alexandria”) sinfinə məxsus freqatlar:
1. (F-901) “Sharm El-Sheikh” (31 mart 1998-ci ildə istismara verilib)
2. (F-906) “Toshka” (1998-ci ilin dekabrında istismara verilib)
3. (F-911) “Alexandia” (13 iyul 1997-ci ildə istismara verilib)
4. (F-916) “Taba” (13 iyul 1997-ci ildə istismara verilib)
“Oliver Hazard Perry” (“Alexandria”) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:
- Uzunluq: 133,5 metr
- En: 13,5 metr
- Suya oturma dərəcəsi: 7,5 metr
- Subasımı: tam yüklü 4100 ton
- Mühərrik: 2 ədəd “General Electric” istehsalı olan LM2500 qaz-turbin mühərriki
- Ekipaj: 220
- Silah Sistemləri: 1 ədəd “Mk-13” raket buraxılış qurğusunda 36 ədəd SM-1 hava hücumundan müdafiə raketi və 4 ədəd RGM-84 “Harpoon” gəmi əleyhinə raket, 1 ədəd 76 mm “Mk-75”, 1 ədəd 20 mm “Phalanx” CIWS, 2 ədəd 324 mm üç borulu buraxılış qurğusu olan “Mk-32” yüngül torpedo
- Mənzil: 20 düyünlə 4500 dəniz mili
- Sürət: +29 düyün (54 km/saat)
Misir donanmasında 4 ədəd olan “Oliver Hazard Perry” sinfinə məxsus freqatlarının orta yaşı (ABŞ donanmasında missiyaya başladığı vaxtdan) 41-dir. Məlum olduğu qədər, gəmilərin modernləşdirilməsi proqramı yoxdur.
FREEM (“Aquitaine-Fransa”) sinfinə məxsus freqatlar:
1. (FFG-1001) ENS “Tahya Mısr” (17 mart 2016-cı ildə missiyaya başlayıb)
FREEM (“Aquitaine-Fransa”) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:
- Uzunluq: 142 metr
- En: 20 metr
- Suya oturma dərəcəsi: 5 metr
- Subasımı: tam yüklü 6,000 ton
- Mühərrik: “General Electric/Avio” istehsalı olan 1 ədəd 32MW LM2500+G4 qaz-turbin mühərriki, hər biri 2,5 MVt olan 2 ədəd “Jeumont” elektrik mühərriki, MTU istehsalı olan və hər biri 2,2 MVt olan 4 ədəd 16V4000 N43B dizel generatoru
- Ekipaj: 145
- Silah Sistemləri: “Oto Melara” istehsalı olan 1 ədəd 76 mm top, MBDA istehsalı olan 8 ədəd MM40 “Exocet Block 2” gəmi əleyhinə raket, “Nexter” istehsalı olan 2 ədəd 20 top, 2 ədəd cüt borulu MU90 yüngül torpedo, 2 ədəd səkkiz borulu “Slyver” A50 buraxılış qurğusunda MBDA istehsalı olan “Aster” 15/30 hava hücumundan müdafiə raketi
- Mənzil: 15 düyünlə 6,000 dəniz mili
- Sürət: 27 düyün (50 km/saat)
2008-ci ildə “Normandie” adı ilə Fransa donanması üçün inşasına başlanılan ASW (“Anti-Submarine Warfare”) freqatı 2015-ci ildə Misir donanmasına təhvil verilib. Gəmi Fransaya inşa edildiyi üçün Misirə çatdırılmazdan əvvəl bir çox sistemlər sökülüb. Misir donanmasının flaqmanının indi 7 yaşı var.
FREEM (“Bergamini-Italy”) sinfinə məxsus freqatlar:
1. (FFG-1002) ENS “Al-Galala” (23 dekabr 2020-ci ildə missiyaya başlayıb)
2. (FFG-1003) ENS “Bernees” (13 aprel 2021-ci ildə missiyaya başlayıb)
FREEM (“Bergamini-Italy”) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:
- Uzunluq: 144 metr
- En: 132,5 metr
- Suya oturma dərəcəsi: 5,1 metr
- Subasımı: tam yüklü 6,500 ton
- Mühərrik: “General Electric/Avio” istehsalı olan 1 ədəd 32MW LM2500+G4 qaz-turbin mühərriki, hər biri 2,5 MVt olan 2 ədəd “Jeumont” elektrik mühərriki
- Ekipaj: 145
- Silah Sistemləri: “Oto Melara” istehsalı olan 1 ədəd 127 mm top, 1 ədəd 76 mm CIWS, 2 ədəd 25 mm top, MBDA istehsalı olan 8 ədəd “Otomat Mk-2/A” raketi, 2 ədəd üç borulu buraxılış qurğusu olan MU90 yüngül torpedosu, 16 ədəd “Slyver” A50 buraxılış qurğusunda 16 ədəd “Aster 15/30” hava hücumundan müdafiə raketi
- Mənzil: 15 düyünlə 6,000 dəniz mili
- Sürət: 27 düyün (50 km/saat)
“Al-Aziz” (MEKO A-200EN) sinfinə məxsus freqatlar:
1. (FFG-904) ENS “Al-Aziz” (14 oktyabr 2022-ci ildə missiyaya başlayıb)
2.(FFG-905) ENS “Al-Qahhar” (dəniz sınaqları davam edir)
3. (FFG-906) ENS “Al-Qadeer” (dəniz sınaqları davam edir)
4. (FFG-907) ENS ? (inşası davam edir)
“Al-Aziz” (MEKO A-200EN) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:
- Uzunluq: 121 metr
- En: 16,3 metr
- Suya oturma dərəcəsi: 4,3 metr
- Subasımı: tam yükü 3,700 ton
- Mühərrik: “General Electric” istehsalı olan 1 ədəd 20 MVt LM2500 qaz-turbin mühərriki, MTU istehsalı olan 2 ədəd 6 MVt dizel mühərriki
- Ekipaj: 120
- Silah Sistemləri: “Oto Melara” istehsalı olan 1 ədəd 127 mm top, “Oerlikon” istehsalı olan 2 ədəd “Searanger” 20 mm top, MBDA istehsalı olan 8 ədəd MM40 “Exocet Block 3” gəmi əleyhinə raket, 32 ədəd VL MICA NG hava hücumundan müdafiə raketi, 2 ədəd cüt borulu 324 mm MU90 yüngül torpedo
- Mənzil: 16 düyünlə 7,200 dəniz mili
- Sürət: 28 düyün (52 km/saat)
“Al-Aziz” (MEKO A-200EN) sinfinə məxsus freqatlar Misirin ən yeni freqatlarıdır. Sinfin ikinci və üçüncü gəmiləri dəniz sınaqlarını davam etdirir. İkinci gəminin 2023-cü ildə, üçüncü gəminin isə 2024-cü ildə təhvil verilməsi planlaşdırılır. Bu sinifin sonuncu gəmisinin istehsalına 2022-ci ildə “Thyssenn Krupp” lisenziyası ilə İsgəndəriyyədə başlanılıb. Gəminin Misirdə aşağı daxili töhfə marjası ilə istehsal ediləcəyi və 2025-ci ildə təhvil veriləcəyi gözlənilir.
Misir Hərbi Dəniz Qüvvələrinin freqat gələcəyi:
Misir köhnəlmiş freqatlarını istismardan çıxarmaq üçün çox sürətlə hərəkət edir. Yəqin ki, 2030-cu ilə qədər inventarda olan bütün ABŞ istehsalı freqatlar istismardan çıxacaq. Amerikalılar da Misirə hərbi gəmilər satmaq üçün çox səy sərf edirlər. Misirin gələcəkdə inventarına daxil edəcəyi gəmiləri ya lisenziya ilə, ya da dizaynla istehsal edəcəyi gözlənilir.
Ümumi vəziyyət
Türkiyə:
Freqatların sayı: 16
Freqatların orta yaşı: 36
Xidmətə daxil olacaq yeni freqatların sayı: 4
Yunanıstan:
Freqatların sayı: 13
Freqatların orta yaşı: 37
Xidmətə daxil olacaq yeni freqatların sayı: 3
Misir:
Freqatların sayı: 10
Freqatların orta yaşı: 28
Xidmətə daxil olacaq yeni freqatların sayı: 3
Firuz Bağırov
Ordu.az