Fransa Rusiyanı Belarusda nüvə silahının yerləşdirilməsindən imtina etməyə çağırıb

2020/09/16013-1601301544.jpg
Oxunub: 145     00:02     27 Mart 2023    
Fransa Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatını pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Xarici siyasət idarəsi qeyd edib ki, Rusiyanın START müqaviləsini pozmasından və Rusiyanın bu müqavilədə iştirakını dayandırmasından sonra Belarusla saziş özündə “Avropada silahlara nəzarət və strateji sabitliyin beynəlxalq arxitekturasının daha da aşınmasını” ehtiva edir.

“Fransa Rusiyanı nüvə silahına malik olan dövlətdən gözlənilən məsuliyyəti göstərməyə və bu sabitliyi pozan sazişdən (Belarusla nüvə silahının yerləşdirilməsi ilə haqqında – red.) çıxmağa çağırır”, - bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin