Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

2023/03/af006-1679753179.jpg
Oxunub: 291     17:49     25 Mart 2023    
Azərbaycan Brüssel prosesini dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin