İsveç Baş naziri Finlandiyanın NATO-ya tezliklə üzv olacağına əmindir

2023/03/641ef-1679750424.jpg
Oxunub: 209     17:02     25 Mart 2023    
İsveçin Baş naziri Ulf Kristersson Finlandiyanın NATO-ya tezliklə üzv olacağına əmin olduğunu bildirib.

Ordu.az SVT-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Kristersson Karlstadda konfransda çıxışı zamanı deyib.

"İndi hər şey onu deməyə əsas verir ki, Finlandiya İsveçdən əvvəl NATO-ya daxil olacaq. Yəqin ki, bu sadəcə günlərə bağlıdır, buna heç bir şübhə yoxdur".

O, Finlandiyanın üzv olması ilə İsveçin daha təhlükəsiz olacağını əlavə edib: "Sadəcə xəritəyə baxın, bizi NATO ölkələri əhatə edir".

Macarıstanın və Türkiyənin birbaşa olaraq adını çəkməsə də İsveç Baş naziri çıxışında 30 NATO üzvündən 28-nin həm Finlandiya, həm də İsveçin alyansa üzvlüklə bağlı müraciətlərini təsdiqlədiyini xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Finlandiya   NATO  


Bizi "telegram"da izləyin