Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.
Ş.Mişel N.Paşinyanı kompromis üçün həll yolları axtarmağa və eskalasiya risklərinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.
Avropa İttifaqı Şurasının prezidenti Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasına dəstək olacağını xatırladıb.
Tərəflər, həmçinin Laçın yolundakı durumu müzakirə ediblər.
***
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ordu.az xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb.
O, Ermənistanın hökumət başçısı ilə regiondakı son durumu müzakirə etdiyini bildirib.
Aİ Şurasının Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.
Ordu.az