Peter Siyarto Macarıstanın Ukraynanın Avropaya inteqrasiyasını niyə dəstəkləmədiyini açıqlayıb

2023/03/641ec-1679745017.jpg
Oxunub: 217     14:38     25 Mart 2023    
Macarıstan xarici işlər naziri Peter Siyarto ölkəsinin Ukraynanın transatlantik və Avropaya inteqrasiyasını niyə dəstəkləmədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Siyarto BMT Baş katibinin İnsan haqları üzrə müavini İlze Brands Kehrislə görüşdə deyib.

"Transkarpatiyadakı macar məktəbləri təhlükə altında olduğu müddətdə Macarıstan Ukraynanın transatlantik və Avropaya inteqrasiyasını dəstəkləyə bilməz", - o bildirib.

Peter Siyarto deyib ki, 1300 Macarıstan məktəbi və uşaq bağçası Ukraynadan olan qaçqın uşaqları və tələbələri qəbul edərkən, "Ukraynadakı 99 macar ibtidai və orta məktəbi Ukraynanın təhsil qanununa görə bağlanmaq təhlükəsi ilə üzləşib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ukrayna  


Bizi "telegram"da izləyin