TDT-nin Baş katibi İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb

2023/02/05_20-1675451002.jpg
Oxunub: 226     22:55     03 Fevral 2023    
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüraliyev İsveç və Danimarkada Quranın yandırılmasını qınayıb.

Ordu.az xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, baş verən bu mənfur əməl ən kəskin şəkildə pislənilir.

Qeyd edək ki, İsveç və Niderlanddan sonra Danimarkada müsəlmanların müqəddəs kitabı Qurana qarşı təhqiramiz hərəkətlərə yol verilib. Eyni hadisənin Finlandiya və Norveçdə baş verməsinin qarşısı alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Quran  


Bizi "telegram"da izləyin