Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirib

2021/03/gf879-1616831615.jpg
Oxunub: 6300     22:22     03 Fevral 2023    
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının 3 silahlısını zərərsizləşdirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, PKK/YPG terrorçuları Suriyanın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində zərərsizləşdirilib.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz əzm və qətiyyətlə terror yuvalarını məhv etməyə davam edir. "Pəncə-Kilid" anti-terror əməliyyatı bölgəsində üç PKK terrorçusu zərərsizləşdirilib", - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin