Paşinyan Mişustinlə görüşdə Lavrovdan narazılıq edib? – BAXIŞ BUCAĞI

2023/02/1675447223.jpg
Oxunub: 619     21:57     03 Fevral 2023    
"İqtisadiyyat sahəsində bizimlə hər şey yaxşıdır", - deyə Ermənistanın baş naziri Nikol Paşinyan AİB-in hökumətlərarası komitəsinin Qazaxıstanda keçirilən iclası çərçivəsində Rusiyanın baş naziri Mişustinlə görüşündə bildirib.

Mişustin də Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlığın artan göstəricilərindən danışıb və Paşinyanı ikitərəfli iqtisadi əlaqələri, o cümlədən Rusiyadakı erməni biznes fəaliyyətini canlandırmağa çağırıb. Böyük ehtimalla, Paşinyanın Mişustinlə görüşdə iqtisadi sahədə hər şeyin qaydasında olması barədə bəyanatı birtərəfli deyil, kifayət qədər incə siyasi kontekstdən ibarətdir.

Əslində, Paşinyan siyasi müstəvidə hər şeyin o qədər də yaxşı olmadığını nəzərdə tutur. Və bu, xüsusilə Rusiyanın xarici işlər naziri Lavrovun Ermənistan siyasəti, Ermənistan-Azərbaycan münaqişəsi və müharibə ilə bağlı verdiyi və yeni heç nə deməsə də, həssas mövzulara toxunduğu və Ermənistanda böyük əks-səda doğuran bəyanatları fonunda səslənir.

Ancaq bu, təbii ki, təkcə Lavrov deyil, ümumiyyətlə, regional siyasət kontekstində, ikitərəfli siyasət baxımından Rusiyanın Ermənistanla bağlı siyasətidir. Həmin siyasət Rusiyanın “təşəbbüsü” ilə də baş verən qlobal transformasiyalar kontekstində istər-istəməz formalaşıb. Və dəyişiklik sarsıntılar olmadan baş vermir.

Mahiyyət etibarilə bu, Ermənistan-Rusiya və Rusiyadaxili mürəkkəb münasibətlərin reallığını, şübhəsiz ki, Moskvanın siyasi mövqelərinin transformasiyası uğrunda daxili mübarizənin məntiqini əks etdirir. Bu baxımdan Paşinyanın iqtisadi sahədə hər şeyin yaxşı olması ilə bağlı qiymətləndirməsi, əslində Ermənistan-Rusiya siyasətinin perspektivinin yaxşı olmadığına vurğu edir.

Təbii ki, bunların hamısı ümumilikdə beynəlxalq münasibətlərin yaşadığı transformasiya dövründə mühüm və müşahidə edilə bilən reallıqlardır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Lavrov   Mişustin  


Bizi "telegram"da izləyin