Pentaqon Ukraynaya daha bir böyük hərbi yardım paketinin ayrıldığını açıqlayıb

2022/12/31db9-1670001869.jpg
Oxunub: 384     21:20     03 Fevral 2023    
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,175 milyard dollar məbləğində hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu çərçivədə Kiyev iki “Hawk” hava hücumundan müdafiə sistemi, həmçinin yüksəkdəqiqlikli idarə olunan raketlər əldə edəcək.

“Ukrayna üçün yardım paketinə vacib hava hücumundan müdafiə vasitələri, adi və uzaqmənzilli raketlər daxildir”, - Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin