Aİ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasında istifadəsi üçün fəaliyyətini gücləndirəcək

2023/02/1675440552.jpg
Oxunub: 213     19:30     03 Fevral 2023    
Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasında istifadəsi istiqamətində fəaliyyətini gücləndirəcək.

Ordu.az xəbər verir ki, bu barədə 24-cü Avropa İttifaqı və Ukrayna sammitindən sonra Aİ Şurası Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Ukrayna Prezidenti Vladimir Zelenskinin ortaq bəyanatında qeyd olunub.

"Aİ qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq Aİ Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın yenidən qurulmasını dəstəkləmək və təzminat məqsədləri üçün istifadə edilməsi istiqamətində fəaliyyətini gücləndirəcək", - bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin