Türkiyənin “Gür” sualtı qayıqlarına döyüş idarəetmə sistemi inteqrasiya ediləcək

2023/02/800x4-1675423917.jpg
Oxunub: 211     15:31     03 Fevral 2023    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Gür” sualtı qayıqlarına yerli istehsal döyüş idarəetmə sistemi inteqrasiya ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə TÜBİTAK BİLGEM müəssisəsi məlumat yayıb.

Bildirilir ki, sualtı qayıqlara “Advent-Müren” döyüş idarəetmə sistemi quraşdırılacaq. Sistemlər bundan əvvəl “Preveze” və “Ay” sinif sualtı qayıqlarda istifadə olunmağa başlanılıb.

Sistemlərin inqeqrasiyası üçün Türkiyə donanması ilə müəssisə arasında müqavilə imzalanıb.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrində 4 ədəd “Ay”, 4 ədəd “Preveze” və 4 ədəd “Gür” sinfinə məxsus sualtı qayıq var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sualtı-qayıq  


Bizi "telegram"da izləyin