Ceyhun Bayramov macarıstanlı həmkarını Laçın yolundakı vəziyyətlə bağlı məlumatlandırıb

2023/02/1675423071.jpg
Oxunub: 325     15:17     03 Fevral 2023    
Xarici İşlər naziri Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu məlumatlandırıb.

Bu barədə Ordu.az-a XİN-dən bildirilib.

Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Ermənistan  


Bizi "telegram"da izləyin