“Joğovurd”: Ermənistan Baş Qərargahının keçmiş rəisinə qarşı cinayət işi son mərhələdədir

2019/12/movse-1576663701.jpg
Oxunub: 214     20:54     03 Fevral 2023    
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Hakopyana qarşı İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində iki ilə yaxındır bağlı qapılar arxasında araşdırılan cinayət işi yekun mərhələyə yaxınlaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, demək olar ki, bütün şahidlər dindirilib və cinayət işi artıq yekunlaşıb.

“Görək məhkəmə nə qərar verəcək. Xatırladaq ki, Milli Təhlükəsizlik Xidməti Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Hakopyana qarşı dövlət sirrini yayması ilə bağlı cinayət işi açıb, çünki o, müharibənin gedişi ilə bağlı bir sıra sensasion açıqlamalar verib. İş əvvəlcə Vaçe Marqaryana həvalə edilmişdi, lakin o, işi araşdırmaqdan imtina etmişdi və Movses Hakobyanın əsgəri olduğunu, onun tərəfindən təltif edildiyini qeyd etmişdi, nəticədə iş hakim Manvel Şahverdyana həvalə edilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakobyan  


Bizi "telegram"da izləyin