Erməni ictimai xadim: “Biz Qərbin öndə gedən alayına çevrilməməli və özümüzü qurbangaha qoymamalıyıq”

2023/02/45fd4-1675420413.jpg
Oxunub: 321     20:11     03 Fevral 2023    
“Bumeranq Rusiyaya qayıdır, Rusiya qulyabanı obrazına çevrilir”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Mikayel Hayrapetyan deyib.

Hayrapetyan hesab edir ki, Rusiya dişlərini qıcamaqla belə Azərbaycanı cilovlaya bilməz.

“Rusiya ikinci cəbhənin açılmasından qorxur, bunu Azərbaycan-Türkiyə tandemi edə bilər. 44 günlük müharibədə biz Azərbaycana qarşı yox, Rusiya-Türkiyə müttəfiqliyinə qarşı vuruşmuşuq. Moskva Ermənistanın Azərbaycana verdiyi torpaqların bədəlini ödədi. Rusiya bir vaxtlar Türkiyəni xilas etdi, amma bu gün bacarmayacaq. Rusiya və Türkiyə daha bir şeytani planı həyata keçirməyə çalışır. Bizim yerimiz qərb təhlükəsizlik sistemidir”, - deyə o qeyd edib.

Erməni ictimai xadim bildirib ki, regionda qarışıqlıq yaranır.

“Regionda qarışıqlıq yaranır, biz Qərbin öndə gedən alayına çevrilməməli və özümüzü qurbangaha qoymamalıyıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin