Erməni ictimai xadim: “Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün hər cür cəhd edəcək”

2023/02/fgdfg-1675420307.jpg
Oxunub: 311     19:45     03 Fevral 2023    
“Ermənistanda supergüclərin maraqları kəsişir, suverenliyimizi qorumalıyıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan deyib.

Miskaryanın sözlərinə görə, əgər ermənilər suveren dövlətə sahib olmaq istəyirlərsə, təhlükəsizliyin düzgün təşkili üçün bütün resurslardan istifadə etməlidirlər.

“Bizim dövlət qurumlarında xəyanət etdikləri üçün qalada olmalı olan insanlar işləyirlər. Əgər müxalifət iqtidardan üstün deyilsə, deməli, müxalifət deyil”, - deyə o qeyd edib.

Miskaryan yazın isti keçəcəyini düşünmür, lakin o, əmindir ki, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün hər cür cəhd edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin