Ordu.az xəbər verir ki, bunu erməni ekspert Janna Vardanyan deyib.
Onun sözlərinə görə, bu, İrana qarşı hibrid müharibədir, bu media hücumunda məqsəd həm də panika yaratmaqdır.
“Azərbaycana İrana qarşı stimullaşdırıcı proses lazım idi, bu baş verdi. Azərbaycan aydın xətt qoyub: İrana qarşı kampaniya. İran-Azərbaycan münasibətləri həmişə problemli olub. İran həmişə “Ermənistanın ərazi bütövlüyü”nü müdafiə edib. Əslində sentyabr müharibəsində İranın rolu olub. Tehranın mövqeyi dəyişməzdir. İranın mövqeyinin zəifləməsi, Zəngəzur dəhlizinə qarşı çıxan ölkələrin sayının azalması Azərbaycan üçün vacibdir”, - deyə Vardanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az