Braziliya HHQ bu il “Gripen” döyüş və KC-390 nəqliyyat təyyarəsi alacaq

2023/02/sdfsd-1675419614.jpg
Oxunub: 7166     17:16     03 Fevral 2023    
Braziliya Hərbi Hava Qüvvələri (FAB) 2023-cü ildə 5 ədəd “Saab” istehsalı F-39E “Gripen” döyüş təyyarəsi və 1 ədəd KC-390 nəqliyyat təyyarəsi alacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin keçən həftə təsdiqlənən 2023-cü il İllik Büdcə Qanununda qeyd olunub.

Qanunla 2023-cü ildə 3 ədəd “Airbus” istehsalı H125 “Esquilo” helikopterinin alınması hədəflənir. Büdcədə bu il alınacaq 5 ədəd F-39E üçün 1,3 milyard Braziliya realı nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   HHQ  


Bizi "telegram"da izləyin