Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yerevan Today” nəşrinin redaktoru Sevak Hakopyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Lavrovun elan etdiyi şey təbii olaraq xoşagəlməz idi.
“O qəzəb anında ağlıma ilk gələn o oldu ki, niyə Ermənistanın keçmiş rəhbərlərinin vaxtında bu cümləni demirdin? Məncə, əsas məsələ həqiqətən də buradadır. Çünki əvvəllər Ermənistanın heç bir lideri (Levon Ter-Petrosyandan başqa) deməyib ki, o rayonlar Azərbaycana məxsusdur və onları qaytaracaqlar. Həmin 5 və ya 7 rayonun taleyi, səhv etmirəmsə, Minsk qrupunun təklifləri ilə yalnız Qarabağın (qondarma qurum – red.) “müstəqil dövlət” kimi qəbul edilməsi və ya Ermənistana birləşdirilməsinin Azərbaycan tərəfindən tanınması paketində müzakirə olunub. Rusiya xarici işlər nazirinin niyə bu barədə indi və şəxsən danışmaq qərarına gəldiyini özü bilir, amma mən hesab edirəm ki, bu, yenə bizim cahil və ya satqın liderlərimizin apardığı diplomatiyanın nəticəsidir”, - deyə Hakopyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az