Ordu.az xəbər verir ki, bunu erməni politoloq Vahram Atanesyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya xarici işlər nazirinin Ermənistanı işğalçı adlandırması insanlarda təəccüb yaradır.
“Bəziləri düşünürsə ki, 2008-ci ilin “Mayendorf Bəyannaməsi”ndə eyni şey deyilməyib, onlar ya degenerasiyaya uğramış, ya da ümidsiz populistlərdirlər. Rusiya həmişə Qarabağ ərazilərinin qaytarılmasının ilk tərəfdarı olub. Kim buna qarşı çıxdısa, Rusiya-Ermənistan qarşıdurmasının ilk səngərini qazdı. Sıraya durun və cavab verin”, - deyə Atanesyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az