“Lavrovun ritorikasından güman etmək olar ki, Paşinyan Putini rədd edib” - Xurşudyan

2022/04/Untit-1650711364.jpg
Oxunub: 501     15:14     03 Fevral 2023    
“Putin anti-erməni fəaliyyəti göstərir. O, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Azad vətəndaş” ictimai təşkilatının rəhbəri Hovsep Xurşudyan Lavrovun bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, həm Putin, həm də Lavrov Ermənistanın işğalçı olduğunu bəyan ediblər, heç bir Minsk qrupu ölkəsi belə bir açıqlama verməyib.

Xurşudyan qeyd edib ki, Paşinyanın Putinlə telefon danışığı olub, iki gün sonra Lavrov Ermənistanı işğalçı hesab edib və Lavrovun ritorikasından Paşinyanın Putini rədd etdiyini ehtimal etmək olar.

“Rusiyanın artıq Ermənistanı sıxışdırmaq rıçaqları yoxdur, xırda qisasa keçib”, - deyə Xurşudyan bildirib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində Ermənistanın on illərdir Azərbaycanın 7 rayonunu işğal etdiyini, daha sonra Ermənistanın keçmiş hakimiyyətinin Rusiyanın vasitəçiliyindən imtina etdiyini, onlara məxsus olmayan işğal olunmuş əraziləri saxlamaq istədiyini və Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini, Azərbaycanın isə sahib olduğu torpaqları geri qaytardığını bildirmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xurşudyan   Paşinyan   Putin  


Bizi "telegram"da izləyin