Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi Ukraynaya 2,3 milyard funt sterlinq dəyərində yeni yardım paketi açıqlayıb. Paketdə “Challenger 2” tanklarının da olduğu qeyd olunub. Bu çərçivədə “Challenger 2” tankları ilə xidmət edəcək ukraynalı personalın təlimə başlamaq üçün Britaniyaya getdiyi açıqlanıb.
BBC-nin verdiyi məlumata görə, Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” əsas döyüş tankı tədarük edəcək. Bundan əlavə, 30 ədəd AS-90 özüyeriyən artilleriya qurğularının da veriləcəyi qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az