“Civilnet”: Ermənistan XİN rəhbəri 280 min dollara yeni fərdi ev alıb

2023/02/dfsf4-1675418313.jpg
Oxunub: 241     14:30     03 Fevral 2023    
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasının yüksək rütbəli məmurları öz fəaliyyətləri ilə yanaşı, əmlakın yaxşılaşdırılmasına da davam edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Civilnet.am” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən ilin sonunda Kasaxda dəbdəbəli malikanə alıb.

Müəllif bildirib ki, Ararat Mirzoyan və həyat yoldaşı Qohar Abacyan malikanəni 2022-ci ilin dekabrında 112 milyon drama alıblar. Ev Kotayk vilayətinin Kasax kəndində yerləşir. İrəvanla Kotayk vilayətinin sərhəddində, Davtaşen inzibati rayonu ilə bitişikdir.

“Bir neçə gün əvvəl internetdə şəxsi evlərin fotoları yayılıb, onların mülkiyyətçiliyi xarici işlər naziri Ararat Mirzoyana və müdafiə naziri Suren Papikyana aid edilib. Nəşrimiz bu fərdi evlərin kadastr sənədlərini öyrəndikdən sonra məlum olub ki, onların bu məmurlarla heç bir əlaqəsi yoxdur. Lakin mülki sənədlərə baxış zamanı məlum olur ki, Mirzoyan Kasax kəndi Muş küçəsi 69/1, 69/2 ünvanında fərdi yaşayış evi alıb. Kadastr sənədlərinə görə, fərdi evin ərazisi 2013-cü ildə Kasax icmasından Roza Qalstyan adlı şəxs tərəfindən alınıb. 2013-cü ildən 2020-ci ilə qədər ərazidə bir neçə sahib dəyişib. 2020-ci ildə Rafayel Manuki Muradyan torpaq sahəsini 20 milyon drama alıb, o, ərazidə tikintiyə başlayıb və yalnız 2021-ci ilin dekabrında onu qanuniləşdirib. Həmin ay Muradyan malikanəni “Armswissbank” QSC-yə girov qoyub. “Yandex” xəritəsində mövcud olan fotolara görə, həmin ərazidə tikinti 2020-ci ilin əvvəlində başlayıb. 2022-ci ilin mart ayından bina hazır olub və satışa çıxarılıb.

Kadastrda mövcud olan sənədlərə əsasən, 23 dekabr 2022-ci il tarixində satıcı Rafayel Muradyan, alıcılar Ararat Mirzoyan və Qohar Abacyan, habelə kreditor qismində çıxış edən “Armeconombank” ASC arasında ipoteka müqaviləsi imzalanıb. Daha doğrusu, Mirzoyan girovda olan fərdi evi “Armswissbank”a keçirib və “Armeconombank”a girov qoyub. (“Armeconombank”ın sahibi parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Xaçatur Sukiasyanın ailəsidir). “Armswissbank” 5 gün ərzində Rafayel Muradyanın bank qarşısında kredit öhdəliklərinin tam ödənilməsi şərti ilə əmlakın özgəninkiləşdirilməsinə və başqa banka girov qoyulmasına razılıq verib. Dekabrın 29-da kredit öhdəlikləri tam ödənilib. Bir gün əvvəl, dekabrın 28-də Kadastr Komitəsi Qohar Abacyan və Ararat Mirzoyanın fərdi ev hüquqlarını qeydə alıb. Qeyd etdiyimiz kimi, cütlük evi 112 milyon dram (Kadastr üzrə bazar dəyəri 115 milyon dram) qarşılığında alıb. Maraqlıdır ki, kredit faizinin ödənilməsi müqavilədə qeyd olunmayıb. Ümumilikdə Mirzoyan və Abacyan “Armeconombank”dan 345 milyon drama qədər kredit götürüblər ki, bunun da 115 milyonu artıq fərdi ev almaq üçün ayrılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin