“Hraparak”: Paşinyan Qazaxıstana getsə də, “hörmət” yalnız ona “çatır”

2023/01/1673345261.jpg
Oxunub: 522     14:19     03 Fevral 2023    
Nikol Paşinyanın Qazaxıstana işgüzar səfərə getməsi ilə əlaqədar olaraq fevralın 2-də Ermənistan hökumətinin iclasına hazırda Baş naziri əvəz edən Baş nazir müavini Tiqran Xaçatryan sədrlik edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Hökumətin iclasında iştirak edən nazirlər bir qayda olaraq Paşinyan içəri girən kimi ayağa qalxırlar və bunun hörmət əlaməti olduğunu bildirirlər, ancaq ötən gün iclasa Baş nazirin müavini daxil olanda heç kim ayağa qalxmayıb ki, bu da “hörmət”in yalnız Nikol Paşinyana “çatdığını”, daha doğrusu, onun tərəfindən məcbur edildiyini göstərir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin