Bayden Ağ Evdə İordaniya kralı ilə görüşüb

2023/02/20230-1675401095.jpg
Oxunub: 233     04:20     03 Fevral 2023    
ABŞ prezidenti Co Bayden cümə axşamı Ağ Evdə İordaniya kralı II Abdulla ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, tərəflər görüş zamanı ikitərəfli münasibətləri və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Onlar ABŞ və İordaniya arasında sıx və davamlı dostluğu bir daha təsdiqlədilər. Prezident yaxın tərəfdaşlığa, kralın və İordaniyanın Yaxın Şərqdə sabitlik üçün oynadığı rola görə Əlahəzrətə təşəkkür etdi", - deyə Ağ Evdən bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İordaniya  


Bizi "telegram"da izləyin