Fransa ukraynalılara təlim keçmək üçün 150 hərbçi göndərəcək

2023/02/34534-1675350835.jpg
Oxunub: 317     18:53     02 Fevral 2023    
Fransa ukraynalı hərbçilərə təlim keçmək üçün Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində Polşaya 150 hərbçi göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Yaşina bildirib.

Onun sözlərinə görə, fransalı hərbçilər Polşa Missiyasının əməliyyat komandanlığının - Birləşmiş Silahların Təlim Komandanlığının (CAT-C) nəzarəti altında fransız hərbçilər ukraynalılara təlim keçəcək.

"Biz Fransa ilə birlikdə Rusiyanın təcavüzü qarşısında Ukraynanın müdafiə potensialını gücləndirməyə çalışırıq", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna  


Bizi "telegram"da izləyin