Moldova XİN Lavrova cavab verib

2022/12/1670328049.jpg
Oxunub: 353     17:40     02 Fevral 2023    
Moldova Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verib.

Ordu.az xəbər verir ki, bununla bağlı Moldova XİN-in sözçüsü Daniel Voda bildirib.

"Rusiya XİN rəhbəri Sergey Lavrovun bu yaxınlarda televiziyaya müsahibəsi zamanı Moldova ilə bağlı səsləndirdiyi bəyanatları rədd edirik.

Aydındır ki, bu fikirlər Rusiya diplomatiyasının onsuz da məlum hədələyici ritorikasının bir hissəsidir. Moldova XİN Rusiya tərəfinə xatırlatmaq istərdi ki, Moldovanın tutduğu yol Avropa İttifaqına daxil olmaq yoludur. Bu, vətəndaşlarımızın dəstəklədiyi seçimdir", - XİN sözçüsü deyib.

O qeyd edib ki, moldovalılar siyasi və geosiyasi üstünlüklərindən asılı olmayaraq, sülh, azadlıq və demokratiya istəyirlər: “Biz bütün dünya ölkələrinin, o cümlədən Rusiyanın xalqımızın bu qərarına hörmətlə yanaşmasını qiymətləndiririk. Moldova öz gələcəyini açıq şəkildə seçib və bu, gələcək azad dünyanın bir hissəsidir”.

Xatırladaq ki, Sergey Lavrov “Rossiya24” kanalına müsahibəsində Ukraynadan sonra Moldova anti-Rusiya mərkəzinə çevrilə biləcəyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Rusiya  


Bizi "telegram"da izləyin