ATƏT Daimi Şurasının iclasında Tehranda Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb

2023/02/63dbb-1675343003.jpg
Oxunub: 251     17:03     02 Fevral 2023    
ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniya üzrə səfiri Rövşən Sadıqbəyli bildirib.

O deyib ki, ATƏT-in 52 nümayəndəsinin iştirak etdiyi iclasda hücumla bağlı sürətli araşdırma aparılmasına çağırış edilib.

“ATƏT Daimi Şurasının bugünkü iclasında bizim İrandakı səfirliyimizə hücum məsələsi qaldırılıb. Azərbaycana qoşularaq bu hücumu qınayan, qurbanların ailələrinə başsağlığı verən və sürətli araşdırma aparılmasına çağıran 52 ATƏT nümayəndəsinə təşəkkürlər”, - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   İran  


Bizi "telegram"da izləyin