Qarsda hərbi təlimlərin yekununda Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar - FOTOLAR

2023/02/fd57a-8376710535.jpg
Oxunub: 335     16:27     02 Fevral 2023    
Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2023” təlimlərində Azərbaycan hərbçiləri şərti hədəfləri tam dəqiqliklə vurublar.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimlərdə, həmçinin koordinasiyalı fəaliyyətin təmin edilməsi, qoşunların kommunikasiya imkanlarının təkmilləşdirilməsi məsələləri diqqətdə olub.

Şərti hədəflərin vurulmasında, həmçinin PUA-lardan istifadə olunub.

Təlimlər bu tapşırıqların icrası ilə başa çatıb.

Təlimləri Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - Hulusi Akar, Zakir Həsənov və Cuanşer Burçuladze birlikdə təlimləri izləyib.

Xatırladaq ki, hazırlıqlarda 17 fərqli ölkədən 2 113 nəfərlik şəxsi heyət iştirak edirdi.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin