Azərbaycanın NATO-dakı Nümayəndəsi ispaniyalı həmkarı ilə görüşüb

2023/02/63db9-1675338886.jpg
Oxunub: 283     15:54     02 Fevral 2023    
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İspaniyanın hərbi alyansdakı səfiri Federiko Torres Muro ilə görüşüb.

Ordu.az xəbər verir ki, bununla bağlı azərbaycanlı diplomat "Twitter"də paylaşım edib.

"Biz Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə, enerji təhlükəsizliyinə verdiyi töhfə, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında yaxşı müzakirəmiz oldu", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   İspaniya  


Bizi "telegram"da izləyin