Lavrov: “3+3” formatı Cənubi Qafqazın inkişaf etməsi məqsədini daşıyır

2023/01/regnu-1674040372.jpg
Oxunub: 245     15:50     02 Fevral 2023    
“3+3” formatı Cənubi Qafqaz regionunun inkişaf etməsi məqsədini daşıyır.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” kanalına müsahibəsində bildirib.

“Cənubi Qafqazda diqqətin konstruktiv şəkildə quruculuq işlərinin üzərində köklənməsi üçün biz “3+3” formatını təşviq edirik. Bu qrupa 3 Cənubi Qafqaz respublikası - Gürcüstan, Ermənistan, Azərbaycan və böyük qonşu ölkələr - İran, Türkiyə, Rusiya daxildir”, - deyə Lavrov deyib.

Format çərçivəsində ilk görüşün baş tutduğunu qeyd edən nazir qeyd edib ki, bu görüşlər davam edəcək.

Lavrov bildirib ki, ilk olaraq olaraq Azərbaycan və Türkiyə liderləri “3+3” formatının yaradılması təşəbbüsü ilə çıxış ediblər, İran və Rusiya isə bu fikri alqışlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin