Türkiyənin müdafiə naziri: “Qış təlimi-2023” uğurla başa çatdı, qürurluyam

2022/12/1670234106.jpg
Oxunub: 311     15:11     02 Fevral 2023    
“Qış təlimi-2023” uğurla başa çatdı. Bu təlim Türk ordusunun səviyyəsini göstərir. Təlimlərin belə bir şəraitdə uğurla keçirilməsindən qürurlanıram. Bu, Türk ordusunun hər bir şəraitdə döyüşə necə hazır olduğunu göstərdi. Təlimə qatılan dost və qardaş ölkələri də təbrik edirəm.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün Yüksək səviyyəli müşahidəçi günündə bildirib.

O qeyd edib ki, hərbi təlimlərin önəmi yüksəkdir: “Bizim məqsədimiz müharibə deyil, ölkəmizin təhlükəsizliyi və maraqlarını qorumaqdır. Təlimlərimizin miqyası hər dəfə artmaqdadır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin