Aİ ərazisində təlim keçən ukraynalı hərbçilərin sayı daha 15 min nəfər artırılacaq

2023/02/63db9-1675337445.jpg
Oxunub: 207     14:55     02 Fevral 2023    
Avropa İttifaqının (Aİ) Hərbi Yardım Missiyası (EUMAM) təlim keçiləcək ukraynalı hərbçilərin sayının iki dəfə artırılacağını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdə Ukrayna Baş naziri ilə görüşünə dair "Twitter"dəki paylaşımında bildirib.

"Rusiya müharibəni Avropaya yenidən qaytardı lakin Ukrayna döyüşməyə davam edir. Aİ Hərbi Yardım Missiyası əlavə olaraq 15 min Ukrayna əsgərinə təlim keçəcək və EUMAM təlim keçmilmiş personalın ümumi sayını 30 minə çatdıracaq. Baş nazirə həmçinin təhlükə altında olan ərazilərdə minalardan təmizləmə səylərini dəstəkləmək üçün Aİ-nin 25 milyon avro ayıracağını açıqladım. Mülki əhalini qorumaq prioritet məsələdir", Borrell bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin