Türkiyənin müdafiə naziri: "ABŞ "F-16" məsələsində soyuqqanlı davranmalıdır"

2022/08/1660198800.jpg
Oxunub: 266     15:27     02 Fevral 2023    
“Türkiyə region və qlobal sülh üçün nə lazımdırsa edir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "F-16" qırıcılarının tədarükü ilə bağlı proseslər uğurla inkişaf edir: “ABŞ soyuqqanlı davranmalıdır. Bizə "F-16"ların verilməsi ilə həm də NATO güclü olacaq. Çünki güclü Türkiyə güclü Alyans deməkdir".

Nazir xatırladıb ki, İsveç və Finlandiya NATO-ya üzvlük üçün Madrid razılaşmasının tələblərini yerinə yetirməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin