Norveçin Baş naziri: “Ukraynaya maliyyə dəstəyini artıracağıq”

2023/01/1675075731.jpg
Oxunub: 214     14:49     02 Fevral 2023    
“Norveç hakimiyyəti infrastrukturun bərpasına daha çox vəsait yönəltməklə Ukraynaya maliyyə dəstəyini artırmağı planlaşdırır”.

Ordu.az xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Styore parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Norveç Ukraynaya 1 milyard dollardan çox mülki və hərbi yardım göstərib: “Zərər görmüş infrastrukturun təmiri və yenidən qurulmasına daha böyük töhfə verəcəyik”.

Xatırladaq ki, daha əvvəl Norveçin müdafiə naziri Byorn Arild Qram bildirmişdi ki, “Leopard 2” tanklarının ölkəsindən Ukraynaya çatdırılması martın sonunda baş tuta bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Norveç  


Bizi "telegram"da izləyin