ABŞ Dövlət katibinin müavininin müşaviri Tehrandakı terrora görə Azərbaycana başsağlığı verib

2023/02/b73fd-1675334950.jpg
Oxunub: 215     14:32     02 Fevral 2023    
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.

Ordu.az xəbər verir ki, başsağlığı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edən zaman çatdırılıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin