Blinkenin niyə onu əvəz etmək qərarına gəldiyi məlum deyil, qərar dəqiqləşdirilməyib. Qafqaz məsələləri üzrə yeni danışıqçının təyin edilməsi ən azı iki səbəbə görə diqqətəlayiqdir. Luis Bono Vatikanda Müqəddəs Taxt-tacda ABŞ-ın müvəqqəti işlər vəkili olub. Vatikanın beynəlxalq proseslərdə rolu son dərəcə incə, gizli, lakin çox mühümdür, bunu 44 günlük müharibədən sonra Azərbaycanın Vatikanla əlaqələrini gücləndirməyə getməsi və bu ölkədə səfirlik yaratmaq qərarına gəlməsi sübut edir.
Digər diqqətəlayiq məqam Bononun diplomatik baxımdan “ixtisaslaşması”dır. O, Beynəlxalq Atom Enerjisi Agentliyində ABŞ nümayəndəsi kimi işləyib, eyni zamanda dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavini olub. Başqa sözlə, Qafqaz danışıqları üzrə yeni baş müşavir “iqtisadi diplomatiya” ixtisasına malikdir. Maraqlıdır ki, bu qərarın açıqlanmasından sonra ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri, xanım Laura Loxman Bakıya gəlib.
“İqtisadi” ixtisaslaşma baxımından diplomatın seçilməsində metodoloji əlaqənin olub-olmadığını söyləmək çətindir, lakin hazırda Azərbaycanda iqtisadi proseslərin də getdiyini nəzərə alsaq, vəziyyət həqiqətən də diqqətçəkəndir.
Asif Cəfərov
Ordu.az