“Hraparak”: Ermənistanın sabiq müdafiə nazirinin mandatını yerə qoyması məsələsi müzakirə olunur

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 473     17:32     02 Fevral 2023    
Ermənistanda müxalifət daxilində hakimiyyətin hədəfinə çevrilmiş iki deputat, sabiq müdafiə naziri Seyran Ohanyan və Armen Çarçyanın mandatlarını yerə qoyması məsələsi müzakirə olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bu bir tərəfdən o demək olacaq ki, biz deputat toxunulmazlığından yapışmamışıq və könüllü olaraq imtina edib istintaqla üzləşməyə hazırıq.

“Digər tərəfdən, bu, hakimiyyətin parlamentdə şou göstərməsinin qarşısını alacaq, müharibədəki məğlubiyyəti və ordunun vəziyyətini keçmiş hakimiyyət nümayəndələrinin, xüsusilə də Seyran Ohanyanın üzərinə atmağa, həkim Çarçyanı isə peşəsinə xəyanət etmiş şəxs kimi təqdim etməyə əngəl yaradacaq. Əldə etdiyimiz məlumata görə, Çarçyan mandatını yerə qoymasının əleyhinə deyil, Seyran Ohanyan isə etiraz edərək deyir ki, belə olan halda ictimaiyyət onun hökumətin uydurma ittihamını və günahını qəbul etdiyini anlayacaq. İki deputatın qərar vermək üçün hələ vaxtı var. Ancaq belə bir fikir də var ki, mandatların yerə qoyulması məhz hakimiyyətin istədiyi şeydir. Belə ki, bu, problemli şəxsləri yavaş-yavaş parlamentdən uzaqlaşdırır, müxalifəti zəiflədir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Siyasi-böhran   Ohanyan  


Bizi "telegram"da izləyin