Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşr qeyd edib ki, üstəlik, dəvət edən tərəf heç Ermənistan Xarici İşlər Nazirliyi də deyil.
“Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi dövlət qurumlarının əməkdaşları ilə səfirliklərin nümayəndələri arasında “atışma” təşkil edib və indi, belə demək mümkünsə, respublika turnirinə yekun vurub onları mükafatlandırmağın vaxtı çatıb. “Böyük hərbi təcrübəyə” malik bir şəxs kimi mükafatlandırma mərasiminin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın yüksək himayəsi və iştirakı ilə keçirilməsi planlaşdırılır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az