Erməni ekspert: “İran-Azərbaycan müharibəsi Ermənistana ciddi ziyan vura bilər”

2023/02/fgdfg-1675329994.jpg
Oxunub: 400     14:58     02 Fevral 2023    
“İranlılar son günlər İranda baş verənlərə artıq öyrəşiblər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, Yaxın Şərq üzrə regional ekspert Eqor Çobanyan deyib.

Onun sözlərinə görə, İranda yeraltı zavod “Yars” raketi ilə partladılsa, zərbənin gücü zəlzələnin gücünə bərabər olacaq.

“İranlılar çox sakitdirlər və Rəisinin çıxıb “biz İsrailə cavab zərbələri endiririk” deməsini gözləmək lazım deyil. İran öz vəziyyətini rasional qiymətləndirir. Mümkündür ki, Ukrayna faktorunun bununla əlaqəsi var, çünki PUA zavodu İsfahanda yerləşir. Əgər Rəisi desə ki, bu gün biz bütün gücümüzlə zərbə vururuq, bunun İranın varlığı üçün faciəli sonu ola bilər”, - deyə Çobanyan qeyd edib.

Erməni politoloq həmçinin vurğulayıb ki, İran-Azərbaycan müharibəsi Ermənistana ciddi ziyan vura bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran   Ermənistan  


Bizi "telegram"da izləyin