“Əgər Paşinyan korrupsiyadan xəbərsizdirsə, bu, onun üçün daha pisdir” - İoannisyan

2021/10/timth-1634029878.jpg
Oxunub: 255     14:40     02 Fevral 2023    
“Ermənistan korrupsiyanı qavrama indeksində geriləyib, hökumət açıqlama verməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan deyib.

Onun sözlərinə görə, korrupsiyanı qavrama indeksinin aşağı düşməsinin bir neçə səbəbi var.

“Heç bir korrupsioner böyük miqyasda başlamayıb. Hazırda Ermənistanın ən böyük problemi himayəçilikdir. Bir sıra sahələrdə aşkar reqressiya müşahidə olunur və bu, korrupsiyanın qavranılması indeksi ilə ifadə olunur. Əgər Paşinyan korrupsiyadan xəbərsizdirsə, bu, onun üçün daha pisdir”, - deyə İoannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İoannisyan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin