Erməni politoloq: “Ermənistan fürsətdən istifadə etdi, lakin Aİ missiyasının Azərbaycanı çəkindirəcəyinə zəmanət yoxdur”

2022/11/maxre-1668504494.jpg
Oxunub: 341     14:23     02 Fevral 2023    
“Aİ-nin missiyasını nə şişirtmək, nə də azaltmaq olmaz, lakin bu bizim problemlərimizi həll etməyəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Robert Gevondyan deyib.

Gevondyan qeyd edib ki, Rusiyanın Aİ missiyasının yerləşdirilməsinə reaksiyası gözlənilən idi.

“Rusiya qabaqcıl ölkələr kimi oynamır. Söhbət Moskva və ya Brüsselin sülh istəməsində deyil, öz şəxsi maraqlarını güdən siyasətdədir. Brüssel müharibə gündəmini səpmir, amma bu, Rusiyada əksinədir. Düşünmürəm ki, Rusiya Aİ-nin ABŞ-dan ayrı oynadığını düşünür. Yaxşı olardı ki, Qərb və Rusiyanın bizim region üçün sülh proqramı olsun. Ermənistan fürsətdən istifadə etdi, lakin Aİ missiyasının Azərbaycanı çəkindirəcəyinə zəmanət yoxdur”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevondyan   Ermənistan    


Bizi "telegram"da izləyin