“Misirin Cənubi Qafqazda marağı yoxdur, onun vasitəçiliyi faydalı olacaq” - Erməni ekspertlər

2023/02/dfgdf-1675329650.jpg
Oxunub: 218     13:43     02 Fevral 2023    
İrəvanda keçirilən görüşdə Ermənistan və Misir prezidentləri ikitərəfli gündəliyə, regional və beynəlxalq vəziyyətə dair məsələləri müzakirə ediblər.

Ordu.az xəbər verir ki, erməni türkşünas Hakob Çakryanın sözlərinə görə, Türkiyə ilə Misir arasındakı mürəkkəb və gərgin münasibətlər fonunda Misirin Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi statusu alması çox faydalı olardı.

O qeyd edib ki, Türkiyə-Misir münasibətləri son dövrlərdə pisləşib və sonradan bu münasibətləri nizamlamaq cəhdləri nəticəsiz qalıb.

“Sanki İsraillə münasibətlər normallaşıb, Səudiyyə Ərəbistanı və BƏƏ mülayimdir, lakin Misirdə bu, alınmadı”, - deyə Çakryan bildirib.

Çakryan Misirin Cənubi Qafqazda maraqlar güdmədiyini, Cənubi Qafqaz respublikalarının heç biri ilə xüsusi planlarının olmadığını vurğulayıb.

“Yəqin ki, bizim Xarici İşlər Nazirliyi də bütün bunları bilir və müvafiq addımlar atacaq”, - deyə o qeyd edib.

Erməni politoloq Levon Şirinyanın fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyanın vasitəçiliyindən çıxarılması, o cümlədən Misirin vasitəçiliyi sayəsində çıxarılması faydalıdır.

“Ermənistan öz ordusunun gücünü bərpa etməsə, qalanları boş şeylərdir. Bu cür vasitələrdən hərbi və iqtisadi güc üçün istifadə edilməlidir. Vasitəçilik məqsədə deyil, vasitəyə çevrilməlidir”, - deyə o vurğulayıb.

Şirinyan deyib ki, Misir bu və ya digər mənada dost ölkədir və sözsüz ki, bitərəf qalacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin