“İran 2022-ci ilin sentyabrında Azərbaycanın genişmiqyaslı əməliyyatının qarşısını almağa kömək etdi” - Kostanyan

2023/02/1675325675.jpg
Oxunub: 652     12:13     02 Fevral 2023    
“İran 2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı daha genişmiqyaslı əməliyyatının qarşısını almağa kömək etdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Al-Monitor” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İran Ermənistan üçün mühüm tərəfdaşdır.

“İranla sərhəd bizim üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Bizim Türkiyə və Azərbaycanla iki bağlı sərhədimiz var, ona görə də İran və Gürcüstan bizim xarici dünyaya yeganə qapımızdır. Bizdə kəşfiyyat məlumatları var idi ki, Azərbaycan ötən ilin sentyabrında Ermənistana “hücum edəndə” daha böyük əməliyyata hazırlaşırdı. İranın hərəkətləri və bəyanatları bu vəziyyətin daha da pisləşməsini dayandırmağa kömək etdi”, - deyə Kostanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin