“Metsamor” AES-in keçmiş baş direktoru 1 mln. dollarlıq mənimsəmədə ittiham olunur

2022/04/metsa-1650130948.jpg
Oxunub: 213     11:17     02 Fevral 2023    
Ermənistandakı “Metsamor”AES-in keçmiş baş direktoru 1 milyon dollardan çox pul mənimsəyib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 2002-2014-cü illərdə Metsamor AES-in baş direktoru vəzifəsində çalışmış Qaqik Markosyan 380 milyon dramdan çox (1 milyon dollardan çox) pul mənimsəyib.

Onun təşəbbüsü ilə stansiya üçün alınmış natamam armatur dəsti indiyə qədər istifadə olunmayıb. Markosyan 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən şişirdilmiş qiymətə (33.54 milyon rubl) 14 ədəd keçirici dəsti alıb və əldə olunan materiallar tam komplekt olmadığı üçün istifadə olunmayıb, anbarda qalıb, zaman keçdikcə istifadəyə yararlılıq müddəti bitib.

Bundan əlavə keçmiş rəhbərin bir sıra digər mənimsəmə əməliyyatlarında adı çəkilir.

Qeyd olunub ki, Q. M.-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham irəli sürülüb.

Bildirilib ki, qərar ittiham təqdim edilməsi üçün Ermənistan Miili Təhlükəsizlik Xidmətinin İstintaq Departamentinə göndərilib. 2023-cü il yanvarın 31-də Q. M.-ya qarşı ittiham təqdim edilib.

Xatırladaq ki, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Markosyan və AES-in keçmiş rəhbərliyinin digər nümayəndələri 2016-cı ildə də irimiqyaslı mənimsəmədə ittiham olunurdular.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Metsamor   Ermənistan  


Bizi "telegram"da izləyin