Azad edilən ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb

2023/02/8394a-1675317597.jpg
Oxunub: 330     09:38     02 Fevral 2023    
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay daha 218 mina aşkarlanıb.

ANAMA-dan Ordu.az-a verilən məlumata görə, yanvarın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 61, tank əleyhinə isə 157 mina və 523 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1504,56 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Mina  


Bizi "telegram"da izləyin