Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb

2023/02/16753-1675315409.jpg
Oxunub: 386     09:23     02 Fevral 2023    
Ekoaksiyanın iştirakçıları fevralın 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus və erməni əsilli şəxsləri daşıyan avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Ordu.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus altı minik və bir təminat avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Aksiya  


Bizi "telegram"da izləyin