Ötən ay axta­rışda оlan 247 nəfər sərhəddə aşkarlanıb

2021/10/16219-1633936536.jpg
Oxunub: 324     09:20     02 Fevral 2023    
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2023-cü ilin yanvar ayı ərzində cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 247 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə Ordu.az-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ötən ay ölkədən çıxışı qadağan olan 234 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX  


Bizi "telegram"da izləyin