Ölmüş erməni hərbi qulluqçunun valideyni: “15 uşaq diri-diri yandırıldı, Nikol kef edirdi”

2023/02/cssd-1675234547.jpg
Oxunub: 249     16:50     01 Fevral 2023    
“Hesab edirəm ki, ölmüş hərbi qulluqçuların valideynlərinin tələbi düzgün olub, onlar yolu bağlayıblar, Nikol Paşinyanın “Yerablur” panteonuna girməsinə mane olmağa çalışıblar”.

Ordu.az xəbər verir ki, bunu 44 günlük ölmüş erməni hərbi qulluqçu Aram Tonoyanın atası deyib.

O, ölmüş erməni hərbi qulluqçuların bəzi valideynlərinin onların bu addımını pisləməsi ilə bağlı müşahidələrə belə cavab verib: “Belə olan halda oğlumun məzarının yanında plakat yapışdıracam ki, türklərin və nikolçuların qəbrə yaxınlaşması qadağandır. Bəzilərinin bunu etməsini istərdilər. Onun (Paşinyanın – red.) əsgərlərin məzarına yaxınlaşmağa, ağlamağa, yalandan göz yaşı tökməyə, yalandan üzr istəməyə haqqı yoxdur. Tək üzrxahlıqla deyil. 600 min insanın Nikola sitayiş etməsi millətimizin ayıbıdır”.

Erməni hərbi qulluqçunun atası vurğulayıb ki, əsas məsələ günahkarın öz cəzasını çəkməsidir.

“Paşinyan özü dedi ki, əsas günahkar özüdür, qoy layiq olduğu cəzanı çəksin. Araşdırılana qədər bir bina, bir ev uçurulur, insanlar cəzalandırılmır, iş bağlanmır və burada bütün ölkə alt-üst olub, 5000 uşaq qırılıb, nə qədər əlilimiz var, əlimizdən məhrum olmuşuq. İnsanlar general, qəhrəman titulu alırlar. Bu, absurddur, bu şəkildə nə qədər uzağa gedəcəyik? O, (Paşinyan – red.) layiq olduğu cəzanı almayana qədər haqlı olmayacaq. Üzr çox azdır. 15 uşaq diri-diri yandırıldı, Nikol kef edirdi”, - deyə o qeyd edib.

Başqa bir erməni valideyn deyib ki, onlara qarşı edilən kobud hərəkətlərə görə heç olmasa bir polis məmuru məsuliyyətə cəlb edilməlidir.

“Polislərin ifadələrində bir sıra ziddiyyətlər var idi. Bəziləri əmri “Viber” vasitəsilə aldıqlarını dedi, bəziləri dedi ki, Xudinyan əmr verib. Bəziləri dedi ki, biz onu tanımırıq, mülki formada olan biri verib. Biz müstəntiqə təklif etdik ki, polislər arasında üzləşdirmə olsun, ziddiyəti tapsınlar, sonra bizimlə yenidən üz-üzə gəlsinlər. İndi bizimlə üzləşdirmə sünidir, bunu süni surətdə gecikdirirlər, çünki bütün polislərlə üzləşdirmə aylar çəkəcək”, - deyə o əlavə edib.

Xatırladaq ki, sentyabrın 21-də Ermənistan polisi “Yerablur” panteonunda ölmüş erməni hərbi qulluqçuların valideynlərini saxlamaq üçün onlara qarşı güc tətbiq edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerablur   Paşinyan  


Bizi "telegram"da izləyin